- Offside
- 11:37 26.11.2024
“Real”ın braziliyalı hücumçusu Vinisius Junior Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə insan haqlarının müdafiəsiylə bağlı əməkdaşlığa başlayıb.
90deqiqe.az xəbər verir ki, İspaniya çempionatında matçlarda dəfələrlə irqçi təhqirlərə məruz qalan 23 yaşlı futbolçu irqçiliyə qarşı tədbirlərin görülməsiylə bağlı çıxış edib:
“Mənim üçün bu il idmanda və cəmiyyətdə dözümsüzlüyü aradan qaldırmaq üçün hələ uzun yol getməli olduğumuzu yaddaşıma yazan bir il oldu. Hesab edirəm ki, irqçilik əleyhinə maarifləndirmə bütün dünyada bərabərlik və insan haqlarını təşviq etmək səylərimizin mərkəzində olmalıdır.
Buna görə də BMT-nin İnsan Hüquqları üzrə nümayəndəsi kimi yeni rolumu elan etməkdən məmnunluğumu bildirmək istəyirəm. Qürurla, həvəslə və məsuliyyətlə boynuma götürəcəyim bir vəzifədir. Gəlin idmanı irqçilik və ayrı-seçkilikdən azad, həqiqi inklüzivlik modeli edək. Birləşmək vaxtıdır”.