- Offside
- 22:42 25.11.2024
Kişi voleybolçular arasında Azərbaycan çempionatının “Xarı Bülbül” (Laçın) – “Neftçi” oyunu təxirə salınıb.
90deqiqe.az xəbər verir ki, buna səbəb bəzi oyunçuların səhhətində problem yaranmasıdır.
“Neftçi”dən AVF-yə rəsmi müraciət ünvanlanıb və komandanın 6 oyunçusunda (Emin Abdullayev, Milad Salehi, Abdollah Azmun, Mohammad Norouzi, Mohammad Abolhasanı, Mohsen Vazehi) yüksək hərarətin (diaqnoz – kəskin respirator xəstəlik) müşahidə edildiyi bildirilib.
Qurum yaranmış vəziyyəti nəzərə alaraq, bu gün keçirilməli olan qarşılaşmanın təxirə salınmasına qərar verib. Oyunun nə zaman baş tutacağı hələ ki, bəlli deyil.