- Offside
- 14:56 14.12.2025
2000-ci illərin əsas futbol ulduzlarından biri olan Ronaldinyo qumar provayderi “Booming Games”in rəsmi tərəfdaşı olub.
90deqiqe.az xəbər verir ki, Şirkət gələn ilin əvvəlində buraxılması planlaşdırılan yeni onlayn kazino oyunları dəstində futbolçunun imicindən və adından istifadə edəcək. Bildirilir ki, tərəflər müqavilənin bağlanması ilə bağlı barədə razılığa gəliblər.
Booming Games CEO-su Frederik Niehusen, Ronaldinyonun imicini şirkətin oyunlarına gətirməkdən çox məmnun olduğunu bildirib.
“Bu, oyunçular üçün həyəcanı artırır və təkcə Latın Amerikasında deyil, qlobal miqyasda genişlənməmiz üçün çox vacibdir. Ronaldinyo qlobal superulduzdur"
Tərəfdaşlığa əfsanəvi oyunçunun qardaşı və meneceri Robert de Assis Moreira isə, qardaşının Booming Games ilə əməkdaşlıq etdiyindən sevincli olduğunu söyləyib.
“Booming Games ilə əməkdaşlıq əla seçimdir. Şirkətin yüksək səviyyəli oyun inkişafı, dünya miqyasında yayılması və sadiq komandası onu ideal əməkdaşlığa çevirir”
Onlayn kazino oyunları provayderi “Booming Games” Maltada qeydiyyatdan keçib. Şirkət yerli və Böyük Britaniya qumar lisenziyalarına malikdir.
Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionatının və 2006-cı ildə isə “Barselona” ilə UEFA Çempionlar Liqasının qalibi olub. 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. 2004 və 2005-ci illərdə isə FİFA tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib.