- Offside
- 15:08 14.12.2025
Xarı Bülbül Şuşa və Xarı Bülbül Laçın voleybolçuları Prezident İlham Əliyevə müraciət edib.
90deqiqe.az xəbər verir ki, müraciət deyilir:
Azərbaycan idmanı tarixində ilk dəfə Şuşanı Avrokuboklarda təmsil edən və Avropa arenasında mərhələ adlayan Xarı Bülbül ŞUŞA və Azərbaycan milli komandası üçün ehtiyyat qüvvə yetişdirmək məqsədi ilə qurulan Xarı Bülbül LAÇIN komandalarının əcnəbi və yerli oyunçuları,texniki heyət üzvləri komandanın düşdüyü çətin durumdan qurtulmaq üçün ölkə başçısı, Ali Baş Komandan, çox hörmətli prezidentimiz, cənab İlham ƏLİYEV'ə video müraciət ünvanlamışdır.
Azərbaycanı, Bakını,buranın mədəniyyətini,tarixini, insanlarını və onlara olan münasibəti çox sevdiklərini söyləyən heyət üzvləri bizim üçün dəyərli olan simvolların adını daşıyan bu möhtəşəm layihənin daha da yüksəklərə ucalması üçün ölkə rəhbərliyinin dəstəyinə ehtiyacını olduğunu bildirmiş və gələcəklərini Azərbaycanla bağlamaqdan qürur duyduqlarını söyləmişdir.