- Offside
- 15:08 14.12.2025
İsveç Futbol Assosiasiyasının yeni rəhbəri bəlli olub.
90deqiqe.az xəbər verir ki, Moskva “Spartak”ının sabiq futbolçusu Kim Çellstrem sözügedən İsveç Futbol Assosiasiyasının yeni prezidenti seçilib.
Çellstrem İsveç futbolunun inkişafı üçün lazımi olan tədbirləri edəcəklərini bildirib:“İsveç futbolu üçün yeni yolun yaradılmasında öz rolumu oynamağı səbirsizliklə gözləyirəm.Bu rolu üzərimə götürməyimin səbəbi uşaqlıqdan İsveç futbolunun içində olmağımdır. İsveç milli komandasında oynamaq mənim üçün şərəf idi. Biz ölkədə futbolun inkişafı üçün yeni yol açmalıyıq”