26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan millisi yenə uduzdu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.


  • Offside
  • 16:05 07.12.2023
  • Oxunma sayı: 85
Azərbaycan millisi yenə uduzdu

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

90deqiqe.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda üçüncü matçında latviyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib – 0:3 (19:25, 14:25, 17:25). Komanda Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdu.

Azərbaycan millisi dekabrın 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AÇ-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.







Offside