25 oktyabr 2024. Cümə

Əfsanəvi basketbolçu Amerikanı tənqid etdi

“Los Anceles Lekers”in əfsanəvi basketbolçusu Lebron Ceyms Las-Veqasda üç nəfərin ölümü ilə nəticələnən atışma haqqında danışıb.


  • Offside
  • 16:06 07.12.2023
  • Oxunma sayı: 79
Əfsanəvi basketbolçu Amerikanı tənqid etdi

“Los Anceles Lekers”in əfsanəvi basketbolçusu Lebron Ceyms Las-Veqasda üç nəfərin ölümü ilə nəticələnən atışma haqqında danışıb.

90deqiqe.az xəbər verir ki, o, günahsız ölümlərin çoxalmasında ABŞ dövlətini günahkar bilib və onların silahla bağlı qanunlarını sərt tənqid edib:

“Qardaşım mənə mesaj yazdı və Las-Veqasda atışma olduğunu eşitdiyi üçün diqqətli olmağımı söylədi. Bu, bizi Amerikadakı silahlar haqqında əvvəllər dediyim məsələyə qayıtdığını göstərir.

Kim necə və nə qədər istəyir silah alır. Nəticədə kampuslarda, məktəblərdə, ticarət mərkəzlərində və kinoteatrlarda günahsız insanları itiririk. Bu gülüncdür və bizim silaha nəzarət baxımından heç nəyi dəyişməməyimiz axmaqlıqdır”.







Offside