25 oktyabr 2024. Cümə

Pol Poqba 4 illik diskvafikasiya olunub

Fransa millisinin futbolçusu Pol Poqbanın cəzası açıqlanıb.


  • Offside
  • 16:43 07.12.2023
  • Oxunma sayı: 80
Pol Poqba 4 illik diskvafikasiya olunub

Fransa millisinin futbolçusu Pol Poqbanın cəzası açıqlanıb.

90deqiqe.az "France24"ə istinadən xəbər verir ki, dünya çempionu 4 il müddətinə futboldan uzaqlaşdırılıb.

Buna İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisinin hər 2 dopinq testinin müsbət nəticə verməsi səbəb olub. Onun orqanizmində istifadəsi qadağan olunan maddənin aşkarlanması təsdiqlənib. Poqba diskvalifikasiyası ilə bağlı şərh verməkdən imtina edib.

Futbolçunun hələlik qərardan şikayət üçün vaxtı var. Əgər o, günahsız olduğunu sübut edərsə, bu müddət iki dəfə azaldıla bilər.

Qeyd edək ki, İtaliya A seriyasında “Udineze” ilə oyundan (3:0) sonra Poqbadan götürülən analizin nəticəsi sentyabrın 11-də müsbət nəticə verib. O, daha sonra ikinci dəfə test verib.







Offside