- Offside
- 22:42 25.11.2024
Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq hücumçusu Artem Milevski spirtli içki problemi səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
90deqiqe.az xəbər verir ki, 38 yaşlı futbolçu ilk dəfə fotosunu paylaşıb. Fotoda dostu ilə Kiyev operasını ziyarət etdiklərindən görüntüdür.
Xatırladaq ki, futbolçu sentyabrın sonunda xəstəxanaya yerləşdirilmiş və komada olduğu bildirilmişdi.
Milevski peşəkar karyerası ərzində Kiyev “Dinamo”su, “Dinamo Brest”, Xorvatiyanın “Hayduk”, “Tosno”, Rumıniyanın “Konkordiya”, Ukraynanın “Minaj”, Macarıstanın “Kisvarda”, Türkiyənin “Qaziantepspor” klublarında çıxış edib.
Milevski Ukrayna millisinin heyətində 50 oyun keçirib və 8 qol vurub.