- Offside
- 22:42 25.11.2024
“Əl-Hilal”ın hücumçusu Neymar sosial şəbəkədə “Santos”un Braziliya çempionatının yüksək divizionunu (A seriyası) tərk etməsi ilə bağlı paylaşım edib.
90deqiqe.az xəbər verir ki, braziliyalı oyunçu paylaşımında bunları yazıb.
“Müqəddəslər” həmişə müqəddəs olaraq qalacaqlar. Yenə gülümsəyəcəyik”.
Qeyd edək ki, dünən “Santos” doğma meydanda “Fortaleza”ya uduzaraq (1:2) elitadakı yerini itirib. Bu, klubun 111 illik tarixində ilk dəfə baş verib.
Neymar “Santos”un yetriməsidir.