- Offside
- 22:42 25.11.2024
Luis Suares Braziliya çempionatında mövsümün ən yaxşı oyunçusu seçilərək “Qızıl top” mükafatını qazanıb.
90deqiqe.az xəbər veririk, uruqvaylı forvard 17 qol, 11 qol ötürməsi ilə çempionatın lideri və bombardirlər yarışında ikinci olub.
Suares “Qremio”nun heyətində 33 matçda iştirak edib, komanda turnir cədvəlində ikinci yeri tutub.
Mərasimdə mükafatı 36 yaşlı oyunçuya əvvəllər Uruqvay millisində komanda yoldaşı olmuş Dieqo Luqano təqdim edib.
Mövsümün sonunda Braziliya klubundan ayrılan Suaresin “İnter Mayami”yə keçəcəyi gözlənilir.