- Offside
- 15:41 06.02.2026
“Sevilya”nın keçmiş prezidenti və hazırkı səhmdarı Xose Mariya del Nido Benavente klubun hazırkı liderlərindən biri, oğlu Xose Mariya del Nido Karraskonu savadsız idarəetmə qərarlarına görə tənqid edib.
90deqiqe.az “Sport.es”ə istinadən xəbər verir ki, keçmiş klub rəhbəri oğlunun komandadan çox özünü düşündüyünü bildirib.
“Oğlumun klubda etdiyi yeganə şey maaşını artırmaqdır. O, istədiyini edir. Onun cəmi 161 payı var, məndə isə 27 min, amma istədiyini edir.Məşhur bir deyim var: “Valideynlər, uşaqlar, qardaşlar və bacılar arasında heç bir işgüzar münasibət ola bilməz”. Bu vəziyyətdə ən çox əziyyət çəkən mənəm. Bu, kədərli tamaşadır, mənim irsimə ədalətsiz yanaşılır”.
Qeyd edək ki, La Liqanın 14 turundan sonra aktivində 13 xalı olan Əndəlüs təmsilçisi çempionatda 15-ci yerdədir. Ötən həftə klubunun azarkeşləri rəhbərliyinin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.
Əlavə edək ki, Xose Maria del Nido Benavente 2002-2013-cü illərdə “Sevilya”nın prezidenti olub. Onun hakimiyyəti dövründə Əndəlus klubu iki dəfə UEFA kubokunun qalibi (2005/2006 mövsümü, 2006/2007 mövsümü), Avropa Superkubokunun qalibi (2006/2007 mövsümü), iki dəfə İspaniya kubokunun qalibi (2006/2007 mövsümü, 2009 /2010 mövsümü), həmçinin bir dəfə İspaniya Superkubokunun (2007/2008 mövsümü) qalibi olub.