20 dekabr 2025. Şənbə

Azarkeşlər polislərə hücum etdilər: Saxlanılanlar var

Yunanıstan voleybol çempionatında “Olimpiakos” və “Panatinaikos” komandaları arasında keçirilən matçda 150-yə yaxın azarkeş polisə hücum edib.


  • Offside
  • 20:19 08.12.2023
  • Oxunma sayı: 131
Azarkeşlər polislərə hücum etdilər: Saxlanılanlar var

Yunanıstan voleybol çempionatında “Olimpiakos” və “Panatinaikos” komandaları arasında keçirilən matçda 150-yə yaxın azarkeş polisə hücum edib.

90deqiqe.az xəbər verir ki, bu barədə ERT məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan polis əməkdaşlarından birinin vəziyyəti ağırdır. Oyun zamanı sektoru tərk edən azarkeş izdihamı məşəl, molotov kokteyli və daşlardan istifadə edərək arenadan kənarda olan polislərə hücum edib. və bu zaman bir fanatın atdığı məşəl polisin bud damarını kəsib.

Yunan polisi daha sonra 424 nəfərin saxlanıldığını bildirib. Hadisə ilə bağlı istintaq davam edir.







Offside