25 oktyabr 2024. Cümə

“Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunları keçirilib.


  • Offside
  • 22:12 08.12.2023
  • Oxunma sayı: 67
“Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında (ABL) VII turun növbəti oyunları keçirilib.

90deqiqe.az-ın məlumatına görə, “Sərhədçi” İdman Mərkəzində baş tutan günün ilk oyununda iki debütant – “Xəzri” və “Sumqayıt” üz-üzə gəliblər.

Liderlər qrupunda qərarlaşan “Xəzri” rəqibi üzərində 95:85 hesablı qələbəyə sevinib. Ən məhsuldar basketbolçular “Xəzri”dən Cordan Perkins (19 xal, 12 asist, 11 ribaund), “Sumqayıt”dan isə Smit Roderik (19 xal, 8 ribaund) olublar.

Günün ikinci görüşündə yerli “Sərhədçi” ilə “Xırdalan” qarşılaşıblar. Rəqibini 79:57 hesabı ilə məğlub edən “Xırdalan” uzun fasilədən sonra qələbə qazanıb. “Sərhədçi”dən Cekson Rid (13 xal, 4 asist), “Xırdalan”dan isə Cakori Arçi (21 xal, 3 ribaund) ən məhsuldar basketbolçular olublar.







Offside