25 oktyabr 2024. Cümə

FIFA-nın baş katibi Zirədə futbol izləyəcək

FIFA-nın baş katibi Fatma Samur Bakıda səfərdədir.


  • Offside
  • 23:34 08.12.2023
  • Oxunma sayı: 84
FIFA-nın baş katibi Zirədə futbol izləyəcək

FIFA-nın baş katibi Fatma Samur Bakıda səfərdədir.

90deqiqe.az xəbər verir ki, o, bu gün – dekabrın 8-də Heydər Əliyev Mərkəzində keçirilən Beynəlxalq Avtomobil Federasiyasının – FIA-nın Baş Assambleyasının illik yekun iclasında iştirak edib.

Sabah Fatma Samurun Bakıda daha bir tədbirə qatılması gözlənilir. O, bu dəfə Azərbaycanda qadın futbolçularla bağlı tədbirdə iştirak edəcək. Ardınca Bakı Olimpiya Stadionunda uşaq futbolçularla görüş planlaşdırılır.

Axşam saatlarında isə onun Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçiriləcək oyunu izləməsi gözlənilir. Belə ki, FİFA rəsmisi Zirə İdman Kompleksinin stadionunda baş tutacaq “Zirə” – “Araz-Naxçıvan” matçını izləyəcək. Sözügedən qarşılaşmaya saat 17:00-da start veriləcək.







Offside