25 oktyabr 2024. Cümə

Futbol dünyasının "xain"ləri kimlərdir?

“FourFourTwo” nəşri klublarına ən çox xəyanət edən 10 futbolçunun adını çəkib.


  • Offside
  • 00:06 09.12.2023
  • Oxunma sayı: 119
Futbol dünyasının "xain"ləri kimlərdir?

“FourFourTwo” nəşri klublarına ən çox xəyanət edən 10 futbolçunun adını çəkib.

90deqiqe.az xəbər verir ki, siyahıda “Barselona”dan “Real”a birbaşa transfer olunan Luis Fiqu birincidir. Onun bu hərəkətinə fanatlar “Kamp Nou”da baş tutan oyunda kəsilmiş donuz başı atmaqla cavab verib.

Şimali Londondan olan Sol Kempbell ikinci pillədə yer alıb. 2001-ci ildə “Tottenhem”in kapitanı kimi o, klubla müqaviləsini yeniləməkdən imtina edərək azad agent kimi “Arsenal”a keçib.

Üçüncü yeri isə iki dəfə “Qızıl top”u qazanan və iki dəfə klublarına xəyanət edən adam – Ronaldo Nazario qapayıb. “Barselona və “İnter”in uğurları üçün çalışan sambaçı daha sonra “Real” və “Milan”da da top qovub.

Dünya futbol tarixinin xainləri:

1. Luiş Fiqu
2. Sol Kempbell
3. Ronaldo
4. Uqo Sançez
5. Roberto Baccio
6. Yohan Kroyff
7. Mo Conston
8. Qonzalo İquain
9. Zlatan İbrahimoviç
10. Karlos Tevez







Offside