25 oktyabr 2024. Cümə

Millinin sabiq üzvü atışma zamanı yaralandı

Belçikanın “Virton” klubunun hücumçusu və Belçika millisinin sabiq üzvü İlombe Mboyo atışma nəticəsində yaralanıb.


  • Offside
  • 00:21 09.12.2023
  • Oxunma sayı: 78
Millinin sabiq üzvü atışma zamanı yaralandı

Belçikanın “Virton” klubunun hücumçusu və Belçika millisinin sabiq üzvü İlombe Mboyo atışma nəticəsində yaralanıb.

90deqiqe.az xəbər verir ki, Bu barədə HLN məlumat yayıb. 

Məlumatda, Brüsseldə atışma narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplar arasında münaqişə nəticəsində baş verdiyi bildirilib.  Həmin zaman 4 nəfər cinayətkarlar silahına tuş gəlib. Onların arasında sözügedən oyunçu da qolundan yaralanaraq xilas ola bilib.

Mboyo 2023-cü ilin yanvarında “Virton”a keçib. 36 yaşlı oyunçu bu mövsüm bütün turnirlərdə 16 matçda iştirak edib, 6 qol vurub.

O, 2012-ci ildə Belçika millisinin forması ilə də iki oyun keçirib.







Offside