26 noyabr 2024. Çərşənbə axşamı

Ruslar və belaruslar olimpiadaya bu şərtlərlə buraxılacaqlar

Beynəlxalq Olimpiya Komitəsi ( BOK ) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya buraxılmaq üçün rusiyalı idmançılara qoyulan tələblərin siyahısını açıqlayıb.


  • Offside
  • 12:21 09.12.2023
  • Oxunma sayı: 105
Ruslar və belaruslar olimpiadaya bu şərtlərlə buraxılacaqlar

Beynəlxalq Olimpiya Komitəsi ( BOK ) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya buraxılmaq üçün rusiyalı idmançılara qoyulan tələblərin siyahısını açıqlayıb.

90deqiqe.az sizi həmin siyahı ilə tanış edir:

Rusiya və ya Belarus pasportu olan ixtisaslı idmançılar fərdi neytral idmançılar kimi yarışacaqlar;

Rusiya və ya Belarus pasportu olan idmançılardan ibarət komandalar Olimpiya Oyunlarında iştirak üçün nəzərdə tutulmayacaq;

Hərbi xüsusi əməliyyatı fəal şəkildə dəstəkləyən idmançılar yarışlarda iştiraka buraxılmayacaqlar. Eyni şey könüllülərə və müxtəlif təlimçilərə də aiddir;

Rusiya və ya Belarusun hərbi və ya milli təhlükəsizlik orqanları ilə müqavilə bağlamış idmançılar yarışlara buraxılmayacaqlar;

Yarışda iştirak etmək hüququ əldə etmək üçün hər hansı bir İdmançı Paris 2024 Olimpiya Oyunları ərəfəsində və bu müddət ərzində onlara tətbiq edilən bütün antidopinq tələblərinə əməl etməlidir.







Offside