26 noyabr 2024. Çərşənbə axşamı

Ukraynadan BOK-un qərarına etiraz

Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy Beynəlxalq Olimpiya Komitəsinin ( BOK ) rusiyalıları 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Olimpiadaya qəbul etmək qərarına münasibət bildirib.


  • Offside
  • 17:16 09.12.2023
  • Oxunma sayı: 126
Ukraynadan BOK-un qərarına etiraz

Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bidnıy Beynəlxalq Olimpiya Komitəsinin ( BOK ) rusiyalıları 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Olimpiadaya qəbul etmək qərarına münasibət bildirib.

 

90deqiqe.az xəbər verir ki, o, bu qərarı qətiyyətlə pislədiyini bildirib.

“Biz BOK-un İcraiyyə Şurası üzvlərinin məsuliyyətsiz qərarını qətiyyətlə pisləyirik. Ukraynanın 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarında iştirakı ilə bağlı: biz Ukraynanın idman ictimaiyyəti və ölkənin ali siyasi rəhbərliyi ilə məsləhətləşdikdən sonra qərar verəcəyik”.

Xatırladaq ki, BOK öz idman növləri üzrə vəsiqə qazanan Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasına buraxılmasına qərar verib. Onlar yarışa fərdi neytral idmançı kimi gələcəklər. Eyni zamanda, BOK-da qəbul ediləcək idmançılar üçün tələblərin ətraflı siyahısı var, o, təkcə idman nəticələri ilə məhdudlaşmır.







Offside