- Offside
- 22:42 25.11.2024
Bu gün Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 7 -ci turunun növbəti oyunu baş tutub.
90deqiqe.az xəbər verir ki, “Cəlilabad” və “Gəncə” komandalarının qarşılaşdığı gərgin oyunda iki əlavə vaxt baş tutub. Yerli komanda 14 xallıq fərqdən geri dönüş edib hesabda irəli çıxsada, bu üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Beləcə “Gəncə” oyunu 114-108 hesablı qələbə ilə tamamlayıb.
Ən məhsuldar basketbolçular: “Cəlilabad” (Tomas Kobi – 30 xal, 9 ribaund), “Gəncə” (Culs Mur – 29 xal, 10 ribaund)
Qeyd edək ki, 7-ci turun son oyunu (“Şəki” – “Sabah”) 10 dekabr tarixində baş tutacaq.