25 oktyabr 2024. Cümə

Klubun avtobusu oyuna gedərkən atəşə tutuldu

“Sunshine Stars”ın oyunçuları və məşqçilər korpusunun üzvləri Nigeriya Premyer Liqası çərçivəsində qarşılaşacaqları “Bendel Insurance” ilə oyun öncəsi dəhşətli anlar yaşayıb.


  • Offside
  • 11:27 10.12.2023
  • Oxunma sayı: 93
Klubun avtobusu oyuna gedərkən atəşə tutuldu

“Sunshine Stars”ın oyunçuları və məşqçilər korpusunun üzvləri Nigeriya Premyer Liqası çərçivəsində qarşılaşacaqları “Bendel Insurance” ilə oyun öncəsi dəhşətli anlarla üzləşib.

 

90deqiqe.az xəbər verir ki, görüşə gedərkən klub avtobusuna silahlı hücum edilib.

Akure şəhərindən bir qədər aralıda sürətli yolun kənarında dayanan silahlı şəxslər nəqliyyat vasitəsinə atəş açıb. Futbolçu və texniki heyətin bir neçə xəsarət alıb  Xoşbəxtlikdən ölən və ağır yaralanan olmayıb. Avtobus səyahət üçün yararsız vəziyyətə düşüb.

Federal Yol Təhlükəsizliyi Korpusunun əməkdaşları hadisə yerinə gəldiyi zaman hücumu təşkil edən silahlı şəxslər hadisə yerindən qaçıblar. Cinayətkarların “Bendel Insurance” klubu ilə əlaqəli olmadığı ehtimal edilir.







Offside