- Offside
- 22:42 25.11.2024
Nik Kyrgios ardıcıl ikinci dəfə ölkəsində keçirilən “Australia Open” turnirini buraxacaq.
90deqiqe.az xəbər verir ki, o, bu barədə “OnlyFans” səhifəsində məlumat verib:
“Aydındır ki, zədələrlə çox çətin bir il keçirdim. Dizimdən əməliyyat olundum və çox tez qayıtdım ki, bu da məni bir az geri saldı. Biləyində də problemlər var idi.
Bu, mənim üçün çox kədərli andır. “Australian Open”də iştirak edə bilməyəcəm. Ürəyim parçalanır. Çox gözəl xatirələrim olub və sadəcə ən yaxşı formamda kortlara qayıtmaq istəyirəm. Mənə bir az daha vaxt lazımdır.
Böyük Dəbilqə qazanmağa çox yaxın idim və bədənimin bərpası üçün lazım olan vaxtı alacağına əmin olmaq istəyirəm. Buna görə də gözləməliyik”.
28 yaşlı tennisçi yanvarın 14-dən 28-dək keçiriləcək Avstraliya Açıq çempionatının oyunlarını şərh edəcəyini deyib