24 avqust 2026. Bazar ertəsi

Məşhur beysbolçu idman tarixində rekord müqavilə imzalayıb


  • Offside
  • 09:19 11.12.2023
  • Oxunma sayı: 145
Məşhur beysbolçu idman tarixində rekord müqavilə imzalayıb

90deqiqe.az xəbər verir ki, Yapon beysbolçusu Söhey Otani “Los Angeles Dodgers” klubu ilə 700 milyon dollarlıq (1,19 milyard manat - red.) on illik müqavilə imzalayıb ki, bu da idman tarixində rekord məbləğdir.

Bu barədə Baş Beysbol Liqasının (MLB) saytında məlumat verilib.

Qeyd edək ki, 29 yaşlı Otani əvvəllər “Los Angeles Angels”da çıxış edib. 2023-cü ildə Otani Yaponiyada ən dəyərli oyunçu seçilib.







Offside