6 fevral 2026. Cümə

Ramil Şeydayevə 8 oyunluq cəza!

Futbol üzrə Azərbaycan milli komandası və Tailandın "Buriram Yunayted" klubunun hücumçusu Ramil Şeydayevə sərt cəza verilib.


  • Offside
  • 11:51 11.12.2023
  • Oxunma sayı: 124
Ramil Şeydayevə 8 oyunluq cəza!

Futbol üzrə Azərbaycan milli komandası və Tailandın "Buriram Yunayted" klubunun hücumçusu Ramil Şeydayevə sərt cəza verilib.

90deqiqe.az xəbər verir ki,  27 yaşlı forvard 8 oyunluq cəzaya məruz qalıb.

Buna səbəb futbolçunun Asiya Çempionlar Liqasında Çinin “Zhejianq” komandası ilə qarşılaşmadan sonra rəqib futbolçuları ilə dava etməsi olub.

Şeydayevin komanda yoldaşları Leon Ceyms və Çitipat Tanklanqın cəzası isə 6 oyunluq olub.

Ramilin döyüldüyü hadisəyə görə “Zhejianq”ın da 3 oyunçusu sanksiya ilə üzləşib.

Qeyd edək ki, oyun “Buriram Yunayted”in 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 







Offside