- Offside
- 23:30 19.12.2025
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan qış transfer pəncərəsində komandadan göndəriləcək.
90deqiqe.az “BBC Sport” saytına istinadən xəbər verir ki, “Mançester Yunayted”in fransalı müdafiəçisi Rafael Varan qış transfer dönəmində komandadan göndərilə bilər. 30 yaşlı oyunçunun xidmətindən klubun çalışdırıcısı Erik Ten Haqda narazıdır.
Qeyd edək ki, Rafael Varan 2021-ci ildən Mançester təmsilçisinin formasını geyinir. Komanda ilə 75 matçda meydanda olan müdafiəçi cəmi 2 qolla yadda qalıb.