20 dekabr 2025. Şənbə

Azərbaycan stolüstü tennisçisi Çexiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.


  • Offside
  • 15:23 11.12.2023
  • Oxunma sayı: 102
Azərbaycan stolüstü tennisçisi Çexiyada beynəlxalq təlim-məşq toplanışına qatılıb

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvü Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb.

90deqiqe.az xəbər verir ki, o, Çexiyanın Havirov şəhərində keçirilən 2023-cü ilin yekun toplanışında qitənin digər ölkələrindən olan yaşıdları ilə birgə hazırlaşır.

Bir sıra beynəlxalq turnirlərin mükafatçısı olan Onur Quluzadəni “Eurotalents Development Camp”da baş məşqçi Mixail Timofeyev müşayiət edir.

Qeyd edək ki, dekabrın 17-dək davam edəcək toplanış qitənin 13 yaşadək ən istedadlı stolüstü tennisçiləri üçün təşkil olunub.







Offside