20 dekabr 2025. Şənbə

Çeferinin UEFA-da qalmaq planı

UEFA prezidenti Aleksander Çeferin 2031-ci ilə qədər postunda qalmaq niyyətindədir.


  • Offside
  • 16:55 11.12.2023
  • Oxunma sayı: 139
Çeferinin UEFA-da qalmaq planı

UEFA prezidenti Aleksander Çeferin 2031-ci ilə qədər postunda qalmaq niyyətindədir.

90deqiqe.az xəbər verir ki, 56 yaşlı funksioner bunun üçün hətta qitə futbol qurumunun nizamnaməsində dəyişiklik etməyi planlaşdırır.

O, UEFA İcraiyyə Komitəsinin Hamburqda keçirilən iclasında da bununla bağlı təklif etmişdi.

Hazırda Çeferinin ilk prezidentlik müddətinin ləğvi və onun növbəti seçkilərdə namizədliyi gündəmdə qalmağa davam edir.

Bu təklif Fransanın paytaxtı Parisdə baş tutacaq Konqresdə səsverməyə çıxarılacaq.

Qeyd edək ki, Aleksander Çeferin 2016-cı ildən UEFA-ya rəhbərlik edir. Onun prezidentlik müddəti 2027-ci ilə qədərdi.







Offside