- Offside
- 14:32 27.03.2026
Karate üzrə Azərbaycan yığması İtaliyanın Venesiya şəhərində gənclər arasında Karate 1 Liqasını iki medalla başa vurub.
Azərbaycan Karate Federasiyasından 90deqiqe.az-a verilən məlumata görə, kumite üzrə yarışda Fərid Hacızade fəxri kürsünün iki pilləsinə qalxıb.
Kata növündə isə Salman Salmanov bürünc medal uğrunda görüşdə rəqibinə qalib gələrək üçüncü yeri tutub.