25 oktyabr 2024. Cümə

Yunanıstanda azarkeşlərə iki ay müddətinə stadion qadağası

Yunanıstan çempionatının oyunları azarkeşsiz keçiriləcək.


  • Offside
  • 20:47 11.12.2023
  • Oxunma sayı: 84
Yunanıstanda azarkeşlərə iki ay müddətinə stadion qadağası

Yunanıstan çempionatının oyunları azarkeşsiz keçiriləcək. 90deqiqe.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Pavlos Marinakis məlumat verib.

O bildirib ki, fevralın 12-dək bütün futbol qarşılaşmaları boş tribunalar önündə baş tutacaq. Qərar azarkeş qruplarının zorakılığı dayandırması məqsədilə qəbul olunub.

Qeyd edək ki, keçən həftə Afinada voleybol görüşü zamanı 150 azarkeşlə yerli polislər arasında qarşıdurma baş verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri ağır yaralanıb.







Offside