25 oktyabr 2024. Cümə

Ronaldo Halanda çatdı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2023-cü ildə qolların sayını 50-ə çatdırıb.


  • Offside
  • 10:17 12.12.2023
  • Oxunma sayı: 110
Ronaldo Halanda çatdı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo 2023-cü ildə qolların sayını 50-ə çatdırıb. 90deqiqe.az xəbər verir ki, 38 yaşlı superullduz Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/4 final matçında “Əl-Şəbab”la görüşdə fərqlənərək buna nail olub.

Ronaldo klub və millidə ümumilikdə 49 qol vuran Harri Keyn və Kilian Mbappeni qabaqlasa da Erlinq Halandı (50 qol) keçə bilməyib.

“Əl-Nəsr” “Əl-Şəbab”ı 5:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdi.







Offside