- Offside
- 21:22 13.04.2026
Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti matçını keçirib.
90deqiqe.az xəbər verir ki, sözügedən komanda 16-cı turda səfərdə “Teuta”nın qonağı olub.
Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. İsgəndərli bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
Qeyd edək ki, “Eqnatiya” 34 xalla liderdir.