25 oktyabr 2024. Cümə

“Çelsi”də ciddi itki

“Zadəganlar”ın kapitanı yenidən zədələndi


  • Offside
  • 16:55 12.12.2023
  • Oxunma sayı: 95
“Çelsi”də ciddi itki

“Zadəganlar”ın kapitanı yenidən zədələndi

90deqiqe.az xəbər verir ki, "Çelsi"nin kapitanı Ris Ceyms Premyer Liqada bazar günü "Everton"a uduzduqları oyunda zədələnib. İngiltərəli müdafiəçi ən azı 2 aylıq sıradan çıxıb.

 

24 yaşlı Ceyms son iki mövsümdə zədələrlə mübarizə aparıb, 2022-23 mövsümünün başlanğıcından bəri Premyer Liqada cəmi 24 oyununda iştirak edib. Sağ cinah müdafiəçisi diz bağlarının zədələnməsi səbəbindən ötən il Qətərdə keçirilən dünya çempionatını da buraxmışdı.

Qeyd edək ki, “Çelsi” son beş oyunundan yalnız birində qalib gəlib və ilk 16 oyundan 19 xal toplayaraq yeddi məğlubiyyətdən sonra turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.







Offside