25 oktyabr 2024. Cümə

İlin ən yaxşı futbolçusu adına yekun namizədlər açıqlandı - SİYAHI

2023-cü ilin ən yaxşı futbolçusu adına yekun namizədlər müəyyənləşib.


  • Offside
  • 17:10 12.12.2023
  • Oxunma sayı: 105
İlin ən yaxşı futbolçusu adına yekun namizədlər açıqlandı - SİYAHI

2023-cü ilin ən yaxşı futbolçusu adına yekun namizədlər müəyyənləşib. 90deqiqe.az xəbər verir ki, “Globe Soccer Awards” bu mükafata iddia edənlərin sayını 11-ə endirib.

Finalçılar Cud Bellinqem, Vinisius Junior (hər ikisi “Real”, İspaniya), Kərim Benzema (“Əl-İttihad”, Səudiyyə Ərəbistanı), Kevin De Bruyne, Erlinq Haaland, Bernardo Silva (hamısı “Mançester Siti”, İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi (“İnter Mayami”, ABŞ), Viktor Osimxen (“Napoli”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Kriştiano Ronaldodu (“Əl-Nəsr”, Səudiyyə Ərəbistanı).

Yanvarın 19-da baş tutacaq tədbirdə qalib bəlli olacaq.

Qeyd edək ki, ötən il bu mükafat Fransa millisi və PSJ-nin hücumçusu Kilian Mbappeyə verilib.







Offside