- Offside
- 22:42 25.11.2024
Braziliyada keçirilən regional həvəskarlar kubok matçı zamanı meydançaya ildırımın düşməsi nəticəsində bir futbolçu ölüb, altı nəfər yaralanıb.
90deqiqe.az xəbər verir ki, Santo Antonio da Platinada keçirilən "União Jairense" - "Unidos" oyunu zamanı ikincilərin 21 yaşlı futbolçusu Caio Enrique de Lima Goncalvesi ildırım vurub. Santo Antonio da Platina polisi bildirib ki, o, bazar günü meydançada yıxıldıqdan sonra xəstəxanaya çatdırılıb, lakin daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
“Globo”nun məlumatına görə, beş nəfər xəstəxanada həkim nəzarətindədir. Daha bir idmançının vəziyyəti isə ağırdır.