6 fevral 2026. Cümə

Cokoviç peyvəndə görə başına gələnlərdən danışdı

Tennisçi Novak Cokoviç koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün Avstraliya Açıq çempionatından uzaqlaşdırılması və 2022-ci ildə ölkədən deportasiya olunması ilə bağlı açıqlama verib.


  • Offside
  • 22:10 12.12.2023
  • Oxunma sayı: 142
Cokoviç  peyvəndə görə başına gələnlərdən danışdı

Tennisçi Novak Cokoviç koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün Avstraliya Açıq çempionatından uzaqlaşdırılması və 2022-ci ildə ölkədən deportasiya olunması ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, serbiyalı raketka ustası belə bir hadisənin başına ilk gəldiyini və peyvəndin əleyhinə olmadığını söyləyib:

“Mən əslində dünyanın əsas canisi elan olundum. Əslində çoxu mənə qarşı idi. İnsanların məni dəstəkləmədiyi vaxt meydanda oxşar təcrübəni yaşadım. Bu, mənim başıma gələn ilk belə hadisə idi. Mən peyvəndin əleyhinə deyiləm, bu məsələyə gəldikdə seçim azadlığının tərəfdarıyam”.

Xatırladaq ki, Cokoviç 2022-ci il yanvarın 5-də Avstraliya Açıq Çempionatında iştirak etmək üçün Avstraliyaya yollanıb. Lakin COVID-19-a qarşı peyvənd vurdurmadığı üçün vizası ləğv edilib. Tennisçinin vəkilləri bu qərarın ləğvinə nail olsalar da, yanvarın 14-də Cokoviçin vizası yenidən ləğv edilib.







Offside