6 fevral 2026. Cümə

Şevçenko prezident olmaq istəmir?

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti olmaq niyyətində deyil.


  • Offside
  • 22:20 12.12.2023
  • Oxunma sayı: 156
Şevçenko prezident olmaq istəmir?

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti olmaq niyyətində deyil.

90deqiqe.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Viktor Vatsko YouTube kanalında məlumat paylaşıb. O, Şevçenkonun prezident olmaqdan imtina etdiyini bildirib.

“Bu günlərdə bir-birini tanıyıb-tanımadıqlarını belə bilmədiyim, aralarında minlərlə kilometr məsafə olan bir neçə şəxs şəxsi söhbətdə mənə UAF prezidenti postuna daha bir namizədin adını bildirdi. Deyilənə görə, Şevçenko bunu istəmir və başqa bir şəxs – Ukrayna futbolunda çox məşhur olan biri federasiya prezidenti olmağa yaxındır.O qədər məşhurdur ki, bunu mənə bir nəfər desəydi, fikir verməzdim. İkisi məlumatlıdır, biri nüfuzlu, biri çox təsirlidir, ona görə də…”

Bundan əvvəl Kiyev Futbol Assosiasiyasının UAF-ın rəhbəri vəzifəsinə Andrey Şevçenkonun namizədliyini irəli sürdüyü bildirilmişdi.







Offside