6 fevral 2026. Cümə

Bu qolunun 25-ci ildönümü şərəfinə pul buraxılacaq - FOTOLAR

“Ayaks”, “Arsenal” və Niderland millisinin sabiq hücumçusu Dennis Berqkampın təsviri olan əskinas buraxılacaq.


  • Offside
  • 22:52 12.12.2023
  • Oxunma sayı: 135
Bu qolunun 25-ci ildönümü şərəfinə pul buraxılacaq  - FOTOLAR

“Ayaks”, “Arsenal” və Niderland millisinin sabiq hücumçusu Dennis Berqkampın təsviri olan əskinas buraxılacaq.

90deqiqe.az “NH Nieuws”ə istinadən xəbər verir ki, məhdud tirajla buraxılmış 8 avroluq əskinasda Dennisin 1998-ci il Dünya Kubokunda Argentinaya vurduğu qol əks olunacaq. Əskinasın bir variantı qızıl yarpaqlı kağız üzərində buraxılacaq.

Bu əskinası istehsal edən mətbəənin nümayəndəsi Marsel Klok Berqkampın şərəfinə əskinasın buraxılmasının məqsədini belə izah edib.

“Bu il Berqkampın unikal qolunun 25-ci ildönümüdür. Buna görə də biz Denisin karyerasına hörmətimizi göstərmək istədik. İlk dəfədir ki, idmançının şərəfinə əskinas çap ediləcək. Əskinasın tirajı 25 min nüsxədir. Qızıl yarpaq versiyası da buraxılacaq. Bu, əlbəttə ki, daha baha olacaq”

 

 







Offside