- Offside
- 18:53 06.02.2026
Qadınlar arasında keçirilən Dünya Kubokunda iştirak edən hər beş futbolçudan biri onlayn zorakılığa məruz qalıb.
90deqiqe.az xəbər verir ki, bu barədə FİFA və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyasının (FIFPro) dərc etdiyi araşdırmada deyilir.
Nəticələr Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatında iştirak edən 697 qadın futbolçu və məşqçi ilə bağlı sosial şəbəkələrdə 5,1 milyon yazı və şərhin təhlilindən sonra əldə edilib. Onlardan 152 nümayəndəsi ayrı-seçkilik, təhqiredici və ya hədələyici mesajlar alıb. Mesajların demək olar ki, 50%-i homofob, cinsi və ya cinsiyyətçi xarakterli olub.
Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Finaldan sonra böyük qalmaqal yaşanıb. İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu dodağından öpüb.