- Offside
- 18:53 06.02.2026
“Google” 2023-cü il üçün hesabat dərc edib.
90deqiqe.az xəbər verir ki, saytda klublar arasında ən populyar axtarış məşhur keçmiş futbolçu Devid Bekhemin sahib olduğu “İnter Mayami” olub.
Mənbənin məlumatına görə, buna səbəb Florida təmsilçisinə Argentina millisiylə dünya çempionu olan Lionel Messinin transferi olub.
İkinci yeri “Los Angeles Lakers” basketbol klubu, üçlüyü isə portuqaliyalı futbolçu Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nasr” qapayıb.
Qeyd edək ki, Messi 2023-cü ilin iyulundan “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin sonuna qədərdir.