- Offside
- 23:30 19.12.2025
Klublararası dünya çempionatı start götürüb.
90deqiqe.az xəbər verir ki, turnirin açılış oyununda “Əl-İttihad” klubu “Oklend Siti” ilə üz-üzə gəlib. Görüş ərəblilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Səudiyyə Ərəbistanı təmsilçisinin qollarından birini Kərim Benzema vurub.
“Opta”nın məlumatına görə, Benzema dörd klublararası dünya çempionatında qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.
Qeyd edək ki, fransız futbolçu ümumilikdə altı turnirdə iştirak edib. O, “Real Madrid”in heyətində 5 dəfə – 2014, 2016, 2017, 2018 və 2022-ci illərdə sözügedən yarışın qalibi olub.