25 oktyabr 2024. Cümə

FİFA namizədləri açıqladı

FİFA 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.


  • Offside
  • 20:47 14.12.2023
  • Oxunma sayı: 89
FİFA namizədləri açıqladı

FİFA 2023-cü ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

90deqiqe.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Hücumçular Lionel Messi (“İnter Mayami”), Kilian Mbappe (PSJ) və Erlinq Haaland (“Mançester Siti”) 2023-cü ilin ən yaxşı futbolçusu adına iddialılar arasındadır.

Xatırladaq ki, ötən ilin sonunda Messi Argentina millisinin tərkibində dünya çempionu olmuş, Mbappe isə Fransa millisi ilə mundialın finalına yüksəlmişdi. Haaland 2022-2023 mövsümündə "Mançester Siti" ilə çempionluq və İngiltərə kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının qalibi olub.

Qadın futbolunun ən yaxşı oyunçusu mükafatına namizədlər arasında "Barselona"nın yarımmüdafiəçisi Aitana Bonmati, "Paçuka"nın hücumçusu Cennifer Hermoso və "Real"ın hücumçusu Linda Kaysedo var.

Qeyd edək ki, yanvarın 15-də Londonda “Ən yaxşı FIFA Futbol Mükafatları” mərasimi keçiriləcək.







Offside