- Offside
- 22:42 25.11.2024
Rusiya və Belarus nümayəndələrinin 2024-cü ildə Parisdə (Fransa) keçiriləcək Yay Olimpiya Oyunlarında mübarizə apara biləcəkləri idman növlərini açıqlayıb.
90deqiqe.az Beynəlxalq Olimpiya Komitəsinə ( BOK ) istinadən xəbər verir ki, sözügedən ölkələr güləş, velosiped, avarçəkmə və üzgüçülüklə özlərini sınayacaqlar.
“Bu günə qədər fərdi neytral idmançılar (AIN) kimi Parisdə keçiriləcək Olimpiya Oyunları üçün on bir kvota alıblar: altısı güləş, üçü velosiped, biri avarçəkmə və biri üzgüçülük”.
Maraqlıdır ki, qurum hansı kvotanı rusların, hansını belarusların qazandığını tam açıqlamayıb. Əvvəlcədən bildirilib ki, BOK yalnız prosesinin sonrakı mərhələsində müvafiq idmançıların konkret adları təsdiq olunacaq.