25 oktyabr 2024. Cümə

Sabiq dünya çempionu onun Taysonu döyəcəyinə inanır

Ağır çəkidə sabiq dünya çempionu, amerikalı Hasim Rəhman (50-9-2, 41 KO) ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (34-0-1, 24 KO) ilə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usik (21-0, 14 KO) arasında keçiriləcək döyüş haqda danışıb.


  • Offside
  • 17:13 15.12.2023
  • Oxunma sayı: 105
Sabiq dünya çempionu onun Taysonu döyəcəyinə inanır

Ağır çəkidə sabiq dünya çempionu, amerikalı Hasim Rəhman (50-9-2, 41 KO) ağır çəkidə WBC kəmərinin sahibi Tayson Fyuri (34-0-1, 24 KO) ilə WBA, WBO, IBO və IBF çempionu Aleksandr Usik (21-0, 14 KO) arasında keçiriləcək döyüş haqda danışıb.

90deqiqe.az xəbər verir ki, “Pro Boxing Fans” YouTube kanalına müsahibə verən Hasim sözügedən döyüşdə Usiki dəstəklədiyini bildirib.

“Bu döyüşdə mən Usikə üstünlük verirəm. Söhbət təkcə Fyurinin Fransis Nqannou ilə döyüşünə bağlı deyil. Mən həmişə Taysonun tənbəl ağır çəkililərin yanında parladığını düşünürdüm. Usik belə deyil. O, Tayson Fyurini qəzəbləndirə bilər. Fyurinin tənəzzülə uğraması ilə razıyam? Məncə, o, Nqannounu kifayət qədər ciddi qəbul etməyib. Mübarizə aparanda hər dəfə ən yaxşı performansını göstərməlisən.Ola bilsin ki, o, təlim-məşq toplanışında uğursuzluğa düçar olub. Bu vəziyyətdə, mütləq döyüş vaxtı eniş olacaq. Hazırlıq zamanı etdikləriniz döyüş zamanı görünəcək”







Offside