- Offside
- 18:53 06.02.2026
Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit-raundunda növbəti oyununa çıxıb. 90deqiqe.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komandamız Bakı İdman Sarayında Rumıniya ilə qarşılaşıb. Oyun ərzində üstünlük göstərməsinə baxmayaraq, millimiz son anda qələbəni əldən verib.
A qrupunun digər qarşılaşmasında Qazaxıstan dünən Niderlandı 2:0 hesabı ilə məğlub edib.
Hazırda Qazaxıstan 5 oyundan sonra 15 xalla liderdi. Niderland 6 xalla ikinci pillədədi. Azərbaycan və Rumıniya seçmələrinin aktivində 4 xal var.
Qeyd edək ki, millimiz qrupun son görüşündə dekabrın 20-də Niderlandın qonağı olacaq.
DÇ-2024. Elit-raund.
Qrup mərhələsi
Azərbaycan – Rumıniya - 5:5
Qollar: Rafael Vilela, 17, 18, 24, Tofiq Mikayılov, 31, Əmir Şocaei, 33 - Nastai, 21, Andor Balint, 27, Daniel Arauxo, 31 Andor Balint, 34, Andrei Nemitanu, 36
Hakimlər: Damian Grabovski, Slavomir Steczko, Monika Czudzinovicz (Hamısı Polşa)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
UEFA nümayəndəsi: Someon Tsolakidis (Yunanıstan)