- Offside
- 22:42 25.11.2024
Torontoda (Kanada) “Champions Chess Tour – 2023” seriyasının final turniri baş tutub.
90deqiqe.az xəbər verir ki, turnirin finalında Maqnus Karlsen (Norveç) və amerikalı qrossmeyster Uesli So qarşılaşıb. Gərgin mübarizənin yekununda norveçli şahmatçı 2,5-1,5 hesabı ilə qələbə qazanıb.
Çempionlar Şahmat Turu dünyanın ən güclü ustalarının iştirakı ilə mövsüm boyu keçirilən və final turniri ilə başa çatan səkkiz onlayn şahmat yarış seriyasıdır.