- Offside
- 22:42 25.11.2024
Çövkən milli atüstü oyunu üzrə Prezident Kubokunda ikinci yarış günü başa çatıb.
90deqiqe.az xəbər verir ki, Binə Atçılıq Mərkəzinin qapalı manejində reallaşan turnirin ikinci günündə dörd görüş keçirilib.
İlk oyunda “Sərhədçi-Qarabağ” komandası “Köhlən”i 4-1 hesabı ilə məğlub edib. İkinci matçda “Polad” “Şirvan" komandasına 5 cavabsız qolla qalib gəlib. Üçüncü görüşdə “Sərhədçi-Dilbaz” “Zəfəri”ı üstələyib - 5-1.
Günün mərkəzi qarşılaşmasında isə “Omar” və “Embavood” üz-üzə gəlib. Oyun 1-1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, çövkən üzrə Prezident Kubokuna dekabrın 23-də yekun vurulacaq.