- Offside
- 22:42 25.11.2024
Dünyanın keçmiş bir nömrəsi Naomi Osaka hamiləlik zamanı üzləşdiyi problemlərdən danışıb.
90deqiqe.az xəbər verir ki, doğuşdan əvvəl yaponiyalı qadın tennsiçiyə hamilə qadınlarda tez-tez rast gəlinən streptokok infeksiyası diaqnozu qoyulub. Antibiotiklərlə müalicə olunan idmançının doğuşu isə 12 saat davam edib. Doğum zaman qızının boynuna göbək bağının dolandığı da məlum olub. Osaka jurnalistlərə doğuş anında yaşadığı qorxunu belə izah edib: "Həmin an hiss etdiyimi xatırlayıram, bu, həyatımın ən pis ağrısıdır."
Qeyd edək ki, Osakanın dönüşü gələn ilin əvvəlində Brisbendə baş tutacaq.