25 oktyabr 2024. Cümə

ABŞ futbolunda yeniliklər

Amerikanın MLS liqasında növbəti mövsümdən etibarən yeni qaydalar tətbiq ediləcək.


  • Offside
  • 19:21 17.12.2023
  • Oxunma sayı: 81
ABŞ futbolunda yeniliklər

Amerikanın MLS liqasında növbəti mövsümdən etibarən yeni qaydalar tətbiq ediləcək.

90deqiqe.az xəbər verir ki, bunu çempionatı keçirən qurumun rəsmi saytı açıqlayıb.

Liqanın rəhbərliyi tərəfindən verilən açıqlamada ən diqqətçəkən dəyişiklik VAR-ın istifadəsi ilə bağlıdı. Belə ki, bundan sonra hakim monitora baxdıqdan sonra qəbul etdiyi qərarın səbəbini mikrofonla bütün stadiona anons etməli olacaq. Futbol üzrə qadınlar arasında son mundialda məhz bu praktikadan istifadə olunmuşdu. Zədələnən futbolçuların vaxtı uzatmaması üçün qəbul edilən bir başqa yeni qərara görə zədə alan futbolçu 15 saniyəyə ayağa qalxmasa, o, 2 dəqiqə meydanın kənarında gözləməli olacaq. Əvəzlənən futbolçu meydanı xəttə ən yaxın yerdən tərk etməsə, onun yerinə meydana çıxan futbolçu 1 dəqiqə gözləməli olacaq. Qayda təkcə qapıçılar və zədəli futbolçulara şamil edilməyəcək.

Qeyd edək ki, son mövsüm ''Kolambus Kryu''nun çempionluğu ilə yekunlaşdı. Yeni mövsümün isə başlama tarixi hələ bilinmir.







Offside