- Offside
- 22:42 25.11.2024
FIFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısını açıqlayıb.
90deqiqe.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Yarışda 32 komanda iştirak edəcək, onlardan 12-si Avropanı təmsil edəcək. Qeyd olunur ki, Çempionlar Liqasının son qalibləri kimi "Çelsi", "Real Madrid" və "Mançester Siti" də iştiraçkılar arasında olacaqlar.Turnirə reytinq üzrə daha səkkiz komanda qatılacaq, artıq beş klubun adı bəllidir – “Bavariya” (Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Porto” və “Benfika” (hər ikisi Portuqaliya).
Turnirdə mütləq iştirak edəcəklər: “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), “Urava Red Daymonds” (Yaponiya), “Monterrey” (Meksika), “Sietl Saunders” (ABŞ), “Leon” (Meksika), “Oklend Siti” (Yeni Zelandiya), həmçinin “Palmeyras”, “Flamenqo”, “Fluminense” (hamısı Braziliya).
Yenilənmiş formatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.