25 oktyabr 2024. Cümə

“Heydər Əliyev İli və Azərbaycan Atletikasının 100 illiyinə həsr olunmuş ll Ailə Oyunları” keçirildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş II Ailə oyunları keçirlib.


  • Offside
  • 19:15 17.12.2023
  • Oxunma sayı: 127
 “Heydər Əliyev İli və Azərbaycan Atletikasının 100 illiyinə həsr olunmuş ll Ailə Oyunları” keçirildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr olunmuş II Ailə oyunları keçirlib.

90deqiqe.az saytı xəbər verir ki, Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda müxtəlif növlər üzrə 21 ailə iştirak edib. Qaydalara əsasən atalar tibbi top atma, analar yerindən uzunluğa tullanma, uşaqlar isə 60 metr məsafəyə qaçışda qüvvəsini sınayıb. Həmçinin, ailə üzvləri estafet yarışında mübarizə aparıb.

Yekun nəticələrə əsasən Süleymanovlar ailəsi Ailə oyunlarının qalibi adını qazanıb. İbrahimovlar ailəsi 2-ci yeri tutub. Burlovlar ailəsi isə 3-cü olub.

Qaliblər diplom, medal, kubok və sponsorlar tərəfində müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.







Offside